Head & Shoulders üçün VFX Təmizləmə İşi
27 İyun 2025
Blog
Motion Dizayner
AI Explorer
“Heç nəyin sənə mane olmasına icazə vermə, hətta kəpəyin belə!” — bu güclü sloqan altında Cinealliance Production şirkətinin hazırladığı Head & Shoulders reklam çarxı, markanın Azərbaycandakı mövcudluğunu daha da gücləndirmək məqsədi daşıyırdı. Reklamın əsas mesajı sadə olsa da, onun vizual keyfiyyəti maksimum peşəkarlıq tələb edirdi.
Bu layihədə mənim rolum — reklam çarxındakı bəzi texniki və estetik qüsurları Adobe After Effects vasitəsilə rəqəmsal şəkildə təmizləmək (VFX clean-up) oldu. Xüsusilə kamera hərəkətləri zamanı görünən xoşagəlməz obyektlərin, səhnə detallarının və ya digər diqqət yayındırıcı elementlərin silinməsi işin əsas hissəsini təşkil edirdi.
Aşağıdakı before/after bölməsində bu düzəlişlərin vizual fərqini aydın şəkildə görə bilərsiniz. Bu tip düzəlişlər reklamın daha peşəkar və estetik görünməsini təmin edir.
Məhsulunuzu daha estetik, təmiz və peşəkar şəkildə təqdim etmək istəyirsinizsə, vizual düzəlişlər, VFX təmizləmə və animasiya xidmətləri üçün mənimlə əlaqə saxlayın.
© 2025 Mircavad Fatullayev. Bütün hüquqlar qorunur.
[…] • Head & Shoulders üçün VFX Təmizləmə İşi […]