Motion və VFX ilə Gillette TV Reklamı
P&G Gillette brendi Azərbaycanda 20 illik fəaliyyətini qeyd etdiyi bir dövrdə, ölkənin tanınmış simaları ilə birlikdə yerli televiziya kanalları üçün xüsusi reklam çarxı hazırlatdırıb. Bu reklam Cinealliance Production tərəfindən çəkilib və yüksək texniki keyfiyyətə, lokal auditoriyaya uyğun mesaj quruluşuna və güclü vizual atmosferə sahibdir.
Layihənin əsas məqsədi, “Gillette – Keyfiyyət Sərfəlidir” sloqanı ilə həm məhsulun sərfəliliyini, həm də onun uzunmüddətli keyfiyyətini vurğulamaqdır. Brend, Azərbaycan auditoriyası üçün tanış və hörmət edilən şəxsləri seçərək reklam çarxında emosional və etibarlı bağ qurmağa çalışıb.
Reklamda iştirak edən tanınmış simalar:
🟢 Ruslan Qurbanov – Azərbaycan milli futbol komandasının hücumçusu, idman sahəsində tanınmış sima.
🟦 Bəhram Bağırzadə – xalq artisti, aparıcı və aktyor, Azərbaycan tamaşaçısına illərlə tanış və sevilən televiziya siması.
Bu TVC-də mən – Mircavad Fatullayev – post-prodakşn mərhələsində VFX və motion design üzrə aşağıdakı işləri icra etmişəm:
🎯 VFX retuş – Çəkiliş zamanı kadra düşən xoşagəlməz obyekt və detalların vizual təmizlənməsi. Bu, reklamın vizual olaraq daha təmiz və fokuslanmış görünməsini təmin edib.
🎯 Motion animasiya – Sloqanların və keçidlərin yumuşaq, diqqətçəkən şəkildə təqdim olunması üçün sadə, lakin təsirli hərəkət animasiyaları əlavə olunub.
Layihə çərçivəsində çəkilişlər stadion mühitində aparılıb və bu, məhsulun “kişilər üçün güvənli seçim” mesajını idmanla birləşdirərək daha təsirli etmişdir. Həm emosional bağ, həm də yerli kontekstdə tanış simalarla qurulan bu yanaşma reklamın effektivliyini artırıb.
Bu reklamın hazırlanmasında Cinealliance Production həm texniki, həm də kreativ tərəfdən yüksək səviyyəli yanaşma sərgiləyib. Çəkiliş planlamasından tutmuş montaja qədər hər mərhələ diqqətlə idarə olunub. VFX və motion işləri sayəsində reklam daha təmiz və peşəkar görünüş qazanıb.
Bu reklam, P&G ilə olan çoxsaylı əməkdaşlıq layihələrindən yalnız biridir. Daha əvvəl də bu brendin bir sıra məhsulları üçün fərqli formatlarda animasiya və reklam vizualları hazırlamışam:
Məhsulunuzu daha estetik, təmiz və peşəkar şəkildə təqdim etmək istəyirsinizsə, vizual düzəlişlər, VFX təmizləmə və animasiya xidmətləri üçün mənimlə əlaqə saxlayın.