İdeyalar hərəkətə gəlir...
Mircavad Fatullayev

Motion Dizayner

AI Explorer

  • Haqqımda
  • Portfoliom
  • Xidmətlər
  • Təcrübəm
  • Bloq
  • Əlaqə
Mircavad Fatullayev

Motion Dizayner

AI Explorer

Youtube channel
Blog Post

Ariel Böyük Təmizlik Testi: VFX və Adaptasiya İşi

29 İyun 2025 Blog by mircavadfatullayev
Ariel Böyük Təmizlik Testi: VFX və Adaptasiya İşi

Ariel Böyük Təmizlik Testi Procter & Gamble şirkətinə məxsus məşhur yuyucu vasitə markası Ariel-in reklam kampaniyalarından biridir. Bu reklam bir çox ölkələrdə yayımlanıb və bu dəfə test Azərbaycanın Bakı şəhərində keçirildi. TVC reklam çarxı Cinealliance production tərəfindən hazırlanmış, VFX, motion tracking və motion dizayn animasiyası işləri isə mənim tərəfimdən həyata keçirilib.

Əlavə olaraq, bu reklam Gürcüstan bazarı üçün də adaptasiya edilmişdir. “Ariel – Big Spectacle” adlı bu versiyada video adaptasiya və packshot hissələri Cinealliance-a məxsusdur. Gürcüstan üçün hazırlanmış çarxda yalnız VFX və motion dizayn animasiyaları mənim tərəfimdən yerinə yetirilib.

📺 Gürcüstan versiyası:

Ariel reklamı ilə yanaşı, portfoliomda yer alan digər adaptasiya işlərindən biri də Hünnap – Bebe Bisküvisi TVC reklamıdır. Orijinal video Türkiyədə çəkilsə də, Azərbaycan bazarı üçün uyğunlaşdırılmışdır. Daha çox işlərimlə tanış olmaq üçün portfolio bölməsinə baxa bilərsiniz.

🌍 Digər ölkələr üçün yayımlanan “Ariel – Big Spectacle” çarxlarına da nəzər salmaq olar:

🔧 TVC-də istifadə olunan görüntülərin adaptasiya və VFX prosesi zamanı əvvəl və sonra arasındakı fərqi aşağıdakı GIF-lərdə izləyə bilərsiniz:

Ariel - VFX və Motion Dizayn İşi
Ariel - VFX və Motion Dizayn İşi
Ariel - VFX və Motion Dizayn İşi
Ariel - VFX və Motion Dizayn İşi
Ariel - VFX və Motion Dizayn İşi `

Ariel haqqında qısa məlumat (SEO üçün faydalıdır):

Ariel – Procter & Gamble şirkətinə məxsus, 1967-ci ildən fəaliyyət göstərən və 100-dən çox ölkədə istifadə edilən məşhur yuyucu vasitə brendidir. İlk dəfə Böyük Britaniyada təqdim olunub və zamanla aşağı köpüklü, rəngli paltarlar üçün uyğun, kapsul və maye formalarında da bazarda yer almışdır. Ariel əsasən ləkə təmizləyici effektivliyi ilə tanınır.

Bu reklam, P&G ilə olan çoxsaylı əməkdaşlıq layihələrindən yalnız biridir. Daha əvvəl də bu brendin bir sıra məhsulları üçün fərqli formatlarda animasiya və reklam vizualları hazırlamışam:

• Head & Shoulders üçün VFX Təmizləmə İşi

• P&G Pampers: Ən yaxşı rahatlığımız və qorumamızdır

• Gillette Keyfiyyət Sərfəlidir

Məhsulunuzu daha estetik, təmiz və peşəkar şəkildə təqdim etmək istəyirsinizsə, vizual düzəlişlər, VFX təmizləmə və animasiya xidmətləri üçün mənimlə əlaqə saxlayın.

Paylaş:
Tags: ArielCinealliance ProductionMircavad Fatullayevmircavad fatullayev portfolioMircavad motion designermircavadfatullayev.commotion designmotion designer azerbaijanP&Gvfxvfx artist azerbaijanvizual effekt

Yazı naviqasiyası

Əvvəlki
Növbəti
Write a comment Cancel Reply

© 2025 Mircavad Fatullayev. Bütün hüquqlar qorunur.