İdeyalar hərəkətə gəlir...
Mircavad Fatullayev

Motion Dizayner

AI Explorer

  • Haqqımda
  • Portfoliom
  • Xidmətlər
  • Təcrübəm
  • Bloq
  • Əlaqə
Mircavad Fatullayev

Motion Dizayner

AI Explorer

Youtube channel
Blog Post

Ariel və Beko: Kiçik Büdcə ilə Böyük Reklam Effekti

1 İyul 2025 Blog by mircavadfatullayev

Ariel və Beko keyfiyyət kombinasiyası

Bəzən böyük büdcələr xərcləmədən, minimal imkanlarla da yüksək keyfiyyətli TVC reklamları yaratmaq mümkündür. Bunun üçün lazım olan tək şey: bir kamera və güclü bir kompüterdir.

İş prosesimiz sadədir: əvvəlcə statik kamera ilə çəkiliş həyata keçirilir. Daha sonra Adobe Premiere proqramında ilkin montaj, After Effects proqramında isə VFX (vizual effektlər), rotoskopinq, motion tracking və motion dizayn animasiyaları tamamlanır. Bu üsulla sadə görüntülərə kamera hərəkəti əlavə edilir və nəticədə vizual olaraq real çəkilişdən fərqlənməyən tam formatlı reklam çarxı ərsəyə gəlir.

İzlədiyiniz bu reklam çarxında da bəzi statik kadrlar Adobe After Effects vasitəsilə birləşdirilib və kamera hərəkətləri sonradan əlavə edilib. Bütün post-production prosesi sırf bu proqramda başa çatdırılıb.

Ariel & Beko – mükəmməl bir cütlük!
Soliton mağazalarında 2019-cu ildə baş tutmuş bu kampaniya çərçivəsində hər Beko paltaryuyan alan müştəriyə Ariel yuyucu tozu hədiyyə verilirdi. Reklamın adaptasiyası təkcə Azərbaycanda deyil, Gürcüstanda da yayımlanmaq üçün hazırlanmışdır.

Beko haqqında qısa məlumat

BEKO — Türkiyənin “Arçelik A.Ş.” şirkətinə məxsus olan beynəlxalq məişət texnikası brendidir. Kompaniya məşhur türk iş adamı Vehbi Koç tərəfindən yaradılıb. İlk olaraq konserv məhsulları istehsalı məqsədi ilə yaradılan BEKO brendi, sonradan məişət texnikası sahəsində ixtisaslaşıb.

Koç Holding-in bir hissəsi olan Arçelik, 2000-ci ildən etibarən BEKO markasını geniş şəkildə beynəlxalq bazara çıxardı. BEKO hazırda dünyanın bir çox ölkəsində paltaryuyan, soyuducu, qabyuyan və digər texnika məhsulları ilə tanınır.

Bu reklam, P&G ilə olan çoxsaylı əməkdaşlıq layihələrindən yalnız biridir. Daha əvvəl də bu brendin bir sıra məhsulları üçün fərqli formatlarda animasiya və reklam vizualları hazırlamışam:

• Head & Shoulders üçün VFX Təmizləmə İşi

• P&G Pampers: Ən yaxşı rahatlığımız və qorumamızdır

• Gillette Keyfiyyət Sərfəlidir

• Ariel Böyük Təmizlik Testi: VFX və Adaptasiya İşi

Məhsulunuzu daha estetik, təmiz və peşəkar şəkildə təqdim etmək istəyirsinizsə, vizual düzəlişlər, VFX təmizləmə və animasiya xidmətləri üçün mənimlə əlaqə saxlayın.

Paylaş:

Yazı naviqasiyası

Əvvəlki
Növbəti
Write a comment Cancel Reply

© 2025 Mircavad Fatullayev. Bütün hüquqlar qorunur.