Golden Crown – Yeni Zelandiyadan Azərbaycana Kərə Yağı Keyfiyyəti
Golden Crown – əsl Yeni Zelandiya yağı.
Yalnız packshoot hissəsində (0:26 saniyə) Rotoscoping, motion tracking və motion dizayn animasiya işlərini həyata keçirdiyim, Cinealliance production tərəfindən hazırlanan bu TVC reklam çarxı keyfiyyəti və sadəliyi ilə seçilir.
📺 Reklam çarxına bu linkdən baxa bilərsiniz:
🔍 VFX Breakdown:
Golden Crown kərə yağlarının Azərbaycanda rəsmi distribütoru West Product Marketing şirkətidir. Bu kərə yağı Yeni Zelandiyada istehsal olunur və paketlənir, daha sonra isə Azərbaycana idxal edilir. Məhsullar Azərbaycan dövlət qurumları tərəfindən yoxlanılır və Uyğunluq Sertifikatı alır. Bu da onun təhlükəsizliyini və etibarlılığını təsdiq edir.
“West Product Marketing” şirkəti haqqında
Vest Produkt Marketinq MMC, 2003-cü ildən fəaliyyət göstərən və Azərbaycanda ən böyük distribyutor şirkətlərdən biridir.
Şirkət bir sıra tanınmış beynəlxalq süd məhsulları istehsalçıları ilə əməkdaşlıq edir:
Yeni Zelandiya – Westland Milk Products
Fransa – Flechard S.A.S
Almaniya – DMK Deutsches Milchkontor GmbH
Ukrayna – Kernel Group
Distribyutorluğunu etdiyi məhsullar arasında aşağıdakı brendlər mövcuddur:
WESTGOLD, GOLDEN CROWN, WESTPRO, FRENCH COW, GERDA, OLDENBURGER – bu markalar təbii inək südündən hazırlanmış kərə yağları ilə tanınır.
Bundan əlavə, SUN PALERMO günəbaxan yağları və OLDENBURGER markalı Gouda və Tilsit pendirləri də bu şirkət tərəfindən idxal olunur.
Bütün məhsullar HALAL və KOSHER sertifikatlarına malikdir və beynəlxalq keyfiyyət standartlarına cavab verir.
Məhsulunuzu daha estetik, təmiz və peşəkar şəkildə təqdim etmək istəyirsinizsə, vizual düzəlişlər, VFX təmizləmə və animasiya xidmətləri üçün mənimlə əlaqə saxlayın.