Magna – Hər İşin Öz Ustası
21 İyul 2025
Blog
Motion Dizayner
AI Explorer
Magna – Hər işin öz ustası sloqanı ilə təqdim olunan bu TVC reklam çarxı Cinealliance Production tərəfindən hazırlanmış və reklamın VFX post-production mərhələsində rotoscoping, motion tracking və motion dizayn animasiya işləri mənim tərəfimdən həyata keçirilmişdir.
Bu çarx üçün hazırlanan VFX Breakdown versiyası vasitəsilə reklamın texniki tərəflərini və görünməyən detal zəhmətini izləmək mümkündür.
“Magna” brendi, Azərbaycanın qabaqcıl sənaye qruplarından olan Cahan Holdinq ASC-nin tərkibində fəaliyyət göstərən Cahan Pen MMC tərəfindən 2017-ci ildə yaradılıb. Şirkət Naxçıvanda 8400 m² sahədə illik 10000 ton plastik, 120000 paqon metr Panel Radiator və 60000 paqon metr Alüminium Radiator istehsal gücünə sahibdir.
Magna brendi altında istehsal olunan məhsullara aiddir:
Plastik boru və əlavə hissələr
Qapı və pəncərə sistemləri
Saydinq fasad örtükləri
Radiatorlar
Dam örtüyü sistemləri
“Magna” yalnız məhsul istehsalçısı kimi deyil, həm də texnoloji inkişafı və davamlı rifahı dəstəkləyən bir sənaye lideri kimi tanınır. Regionda öz sahəsində ixtisaslaşmış brendlərlə əməkdaşlıq edərək texnologiyanı və keyfiyyəti daha da irəli aparmağa davam edir.
© 2025 Mircavad Fatullayev. Bütün hüquqlar qorunur.